Bakıda daha bir yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi xəbərə görə, Bakının Nəsimi rayonunda vətəndaşa məxsus "Porsche" markalı minik avtomobilinin arxa sol qapısı və təkəri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB