Salyanda 23 yaşlı kişi qətlə yetirildi

Salyanda 23 yaşlı kişi qətlə yetirildi

Bu gün saat 12:30-da Salyan şəhərində qətl hadisəsi törədilib. Report-un məlumatına görə, qətlə yetirilən şəxs 23 yaşlı Davudov Ağaverdi Sakit oğludur. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılsa da, yolda keçinib. Hadisəni törədən şəxs qaçıb. Onun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə