Şəmkirdə 17 yaşlı gənc bıçaqlandı

Şəmkirdə 17 yaşlı gənc bıçaqlandı

Şəmkirdə bıçaqlanma olub. APA-nın qərb bürosunun xəbərinə görə, dünən rayonun İrmaclı kənd sakini, 1999-cu il təvəllüdlü Tapdıq Əbilzadə sol bazu və sol bud nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta-ağır qiymətləndirilir. Yeniyetmənin hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələ ki məlum deyil. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə