Səhər saatlarında Masallıda yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, rayonun Çaxırlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 m2 olan birmərtəbəli 5 otaqlı yaşayış evinin 1 otağının yanar konstruksiyaları və dam örtüyü 30 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 05:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB