İsmayıllı sakini bıçaqla öldürüldü

İsmayıllı sakini bıçaqla öldürüldü

İsmayıllı rayonunda qətl hadisəsi törədilib. APA-nın yerli bürosunun xəbərinə görə hadisə dünən axşam saat 20:00 radələrində rayonun Topçu kəndində qeydə alınıb. Kənd sakini 1976-cı il təvəllüdlü Feyzullayev Hikmət Kazım oğlu çoxsaylı bıçaq xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Hadisəni törədən şəxsin kimliyi müəyyənləşdirilir. Qətlin hansı səbəbdən törədildiyi hələ ki, məlum deyil. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə