Ağstafada qonşu- qonşunu bıçaqladı

Ağstafada qonşu- qonşunu bıçaqladı

Ağstafada bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, dünən rayonun Qıraq Kəsəmən kənd sakini 1968-ci il təvəllüdlü Xəqani Məsimalıyev döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə Qazax Diaqnostika Mərkəzinə yerləşdirilib. Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir. Məlumata görə, X. Məsimalıyev mübahisə zəminində qonşusu tərəfindən bıçaqlanıb. Faktla bağlı hüquq-mühafizə orqanaları tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə