Samux rayonunda meşə yanğını olub

Samux rayonunda meşə yanğını olub

Samux rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin saytının yaydığı xəbərdə deyilir ki, Samuxun Burunqovaq kəndində Meşə Mühafizə və Bərpa Müəssisəsinə məxsus ərazidə ağaclar, kol-kos və qamışlıq 25 ha sahədə yanıb. Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə