Ağsuda yanğın

Ağsuda yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına sitinadən verdiyi xəbərə görə, rayonun Navahı kəndində vətəndaşa məxsus ümumi sahəsi 50 m² olan avtomobil təmiri sexində təmirə dayanan "Vaz-2106" markalı minik avtomobilinin salon hissəsi yanıb. Yanğından avtomobilin qalan hissəsi və təmir sexi mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə