Avtomobil 2 maşını əzdi
Gəncədə zəncirvari qəza

Gəncədə zəncivari qəza baş verib. Hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. Rəşid Abbasovun idarə etdiyi "Mitsubishi Pajero" markalı avtomobil hərəkətdə olarkən Ruslan Cəfərova məxsus "Hyundai Elentra" markalı avtomobili arxadan vurub. "Hyundai" zərbənin təsirindən yolun əks istiqaməti ilə hərəkətdə olan, Nizami Vəlicanova məxsus "Chevrolet"lə toqquşub.

Qəza zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib. Hadisənin baş vermə səbəbləri araşdırlır.

Bütün xəbərlər Facebook səhifəmizdə