Bu gün Səbail rayonunda yol qəzası hadisəsi baş verib. SƏS TV-nin verdiyi məlumata görə, Rəşid Behbudov küçəsi ilə yüksək sürətlə hərəkət edən 99 XM 888 dövlət nömrə nişanlı "Chevrolet Camaro" markalı avtomobil idarəetməni itirərək işıqfora çırpılıb. Qəza nəticəsində avtomobilin sürücüsü xəsarət almayıb. Lakin zərbə nəticəsində Xəqani küçəsi ilə Rəşid behbudov küçəsinin kəsişməsində yerləşən işıqfor sıradan çıxıb.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları baxış keçiriblər.
Faktla bağlı DYP tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB