Mingəçevirdə bədbəxt hadisə baş verib

Mingəçevirdə bədbəxt hadisə baş verib

Mingəçevirdə bədbəxt hadisə baş verib. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhəri, Kür çayında 1 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin saytının yaydığı xəbərə görə, dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil verib. Əməliyyat saat 18:45-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə