Yük avtomobili yandı

Bakı-Quba yolunun 127-ci killometrliyində, Şabran rayonu ərazisində "İVECO" markalı yük avtomobilində yanğın baş verib. SİA Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, avtomobilin yanar hissələri və banına yığılmış mebel dəstləri yanıb.

Yük avtomobilinin qoşqusu yanğından mühafizə olunub. Yanğın saat 05:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə