Göygöldə bədbəxt hadisə baş verdi

Göygöldə bədbəxt hadisə baş verdi

Göygöldə bədbəxt hadisə baş verib. "Report"un Qərb bürosu xəbər verir ki, hadisə rayonun Xasabağ kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 2005-ci il təvəllüdlü Aytac Qurbanova daxilə keçən kəsilmiş-deşilmiş yaralarla Gəncə şəhər Təcili Tibbi Yardim Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib və əməliyyat edilib. 11 yaşlı uşağın vəziyyəti orta-ağır qiymətləndirilir. Aytac Qurbanovanın hansı şəraitdə xəsarət alması müəyyənləşdirilir. Faktla bağlı Göygöl rayon polis şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə