Çantada “beşbarmaq” və dəyənək aşkar edildi

Çantada “beşbarmaq” və dəyənək aşkar edildi

Antalya-Bakı aviareysilə gələn Azərbaycan Respublikası vətəndaşının baqajına rentgen aparatıyla baxış zamanı monitorda "beşbarmaq" və dəyənəyin təsvirləri görünüb. SİA-nın məlumatına görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları həmin baqaja təkrar yoxlama keçiriblər. Nəticədə, vətəndaşın çantasından 1 ədəd metaldan hazırlanmış "beşbarmaq" və 1 ədəd dəyənək aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə