Avtomobil ruhi xəstəni vuraraq öldürüb Şirvanda

Avtomobil ruhi xəstəni vuraraq öldürüb Şirvanda

Bu gün səhər saat 05 radələrində Şirvan şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. SİA-nın verdiyi məlumata görə, Heydər Əliyev prospektində avtomobil 41 yaşlı kişini vuraraq öldürüb.

Şirvan sakini, 1975-ci il təvəllüdlü İsrafilov Sahib Sərdar oğlu "Mercedes" markalı avtomobillə vurulub. Ağır bədən xəsarətləri alan S.İsrafilov Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib və bir müddət sonra dünyasını dəyişib. Hadisəni törədən şəxsin kimliyi dəqiqləşdirilir.

S.İsrafilovun ruhi xəstə olduğu bildirilir.

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılr.

Bütün xəbərlər Facebook səhifəmizdə