Qusarda çətənə kolları aşkar olunub

Qusarda çətənə kolları aşkar olunub

Son illərdə ölkədə narkomaniyaya qarşı mübarizə sahəsində çox işlər görülür, mariflənmə tədbirləri aparılır. Aparılan mariflıənmə tədbirlərinin sayəsində sadə vətəndaşlarda bu məsələrdə daha diqqətli və ayıq sayıqlıq göstərib narkomaniya ilə mübarizə şöbələri ilə yaxndan əməkdaşlıq edirlər. Elə belə ayıq sayıqlıq nəticəsində bu gün Qusar rayon polis şöbəsinin Şahdağ polis bölməsinə daxil olan məluimat əsasında 1 ton 700 qram çəkidə çətənə kolu aşkarlanıb.

Bu gün Qusar rayon polis şöbəsinin Şahdağ polis bölməsinin əməkdaşlarının iştirakı ilə rayonun Zindanmuruq kəndində əməliyyat keçirib. Belə ki şöbəyə daxil olan məlumat əsasında bu kəndə baxış keçirən polis əməkdaşları 4 hektar ərazidə çətənə kolları aşkarlayıb. Tədqiqatçı Şükür Hacıyev SİA-nın şimal bürosuna bildirdiyine əasən bu kollar burada yabanı bitib ve heç bir xüsusi qulluq göstərilməyib.

Aşkarlanan və hind çətənsinə bənzəyən bu kollardan 4-ü ekspertiza üçün götürülərək saxlanıb, qalan kollar qırılaraq və çıxarılarq bir yerə toplanılıb yandırılıb.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə