Goranboyda bədbəxt hadisə baş verib. APA-nın verdiyi məlumata görə, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb. Kənd sakini, 1975-ci il təvəllüdlü Siyasət Quliyevin üstünə meşədə ağac düşüb. Müxtəlif bədən xəsarətləri alan 41 yaşlı S. Quliyev Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılarkən yolda ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB