Rusiya vətəndaşının cəsədi sudan çıxarılıb

Rusiya vətəndaşının cəsədi sudan çıxarılıb

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinə Xaçmaz rayonunda 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub. SİA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq Rusiya Federasiyası vətəndaşı, 1988-ci il təvəllüdlü, Nağıyev Arzu Gündüz oğlunun cəsədini sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.

Əməliyyat saat 11:45-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə