Narkotik bitki becərən şəxs saxlanılıb

Narkotik bitki becərən şəxs saxlanılıb

Ağcabədi rayonunda narkotik tərkibli bitki becərən şəxs saxlanılıb. SİA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Avşar kəndində yaşayan Qamət Mehdiyevin həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə