Zaqatalada ferma yanıb. Rayonun Əliabad qəsəbəsində Sayad Musa oğlu Qocayevə məxsus ferma anidən alışıb. Yanğın nəticəsində bir baş iribuynuzlu heyvan tələf olub, on baş iribuynuzlu heyvan isə müxtəlif yanıq xəsarətləri alıb, tikilinin yanar konstruksiyaları və içəridə olan 10 min ədəd quru ot bağlaması yanaraq yararsız hala düşüb.
Yanğını söndürmək üçün hadisə yerinə üç yanğınsöndürən maşın cəlb olunub, alovun genişlənməsinin qarşısı alınıb, orada olan 26 baş iribuynuzlu heyvan xilas edilib. Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır. (Region TV)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB