Ukraynada daha bir azərbaycanlı ailəsi ilə bağlı xoşagəlməz məlumat yayılıb. Belə ki, Ukrayna mətbuatının xəbərinə görə, Kiyev-Çop avtomobil yolunun Naqornoe kəndi ərazisində (Zakarpatye) turist avtobusu ilə BMW markalı minik avtomobilinin toqquşması nəticəsində iki nəfər ölüb. Qəza nəticəsində həyatlarını itirənlər Azərbaycandan olan ər və arvaddır. Onların maşında olan 3 övladı isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Avtobus Lvovdan Mukaçevo istiqamətində hərəkət edib. BMW-nin sürücüsü ötmə əməliyyatı edib və qarşı zolaqda avtobusla qarşı-qarşıya toqquşub. Zərbənin gücündən minik maşını yol kənarındakı maneəyə çırpılıb və yanmağa başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB