Daha bir boğulma hadisəsi baş verib. Belə ki, Xəzər rayonunda 22 yaşlı gənc boğulub ölüb. Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı xəbər verir ki, Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə, Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin batması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 1994-ci il təvəllüdlü, Ömərov Məhəmməd Fikrət oğlunun cəsədi batdığı yerdən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 16:00-da başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB