Sərnişin avtobusu yandı Bakıda

Sərnişin avtobusu yandı Bakıda

Bakının Xətai rayonunda sərnişin avtobusunda yanğın baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın mühərrik hissəsində qeydə alınıb.

Avtobusun qalan hissələri yanğından mühafizə olunub. Yanğın saat 09:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə