Türkiyədə Fətullahçı terror təşkilatına (FETÖ) qarşı əməliyyatlar davam edir. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, İzmirdə başladılan istintaqda 41nəfərdən 38-i həbs olunub və onlar ədliyyəyə sövq edilib.
Aralarında şöbə müdirləri, komandirlər və komissarların da olduğu 40 polis sorğu-sual edildikdən sonra "silahlı terror təşkilatı üzvü" və "konstitusiya nizamnaməsini ortadan qaldırmağa təşəbbüs" ittihamı ilə həbs edilib.
Şübhəlilərdən biri isə sorğudan sonra sərbəst buraxılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB