Qax rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə bu gün axşam saatlarında rayonun Şıxlar kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1963-cü il təvəllüdlü Əfqan Əhməd oğlu Xəlilov ailə münaqişəsi zəminində öz bacısı oğlu, 1981-ci il təvəllüdlü Əhmədov Oruc Nurməhəmməd oğlu tərəfindən bıçaqlanıb. O, bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ə.Xəlilovun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Dayısını bıçaqlayan şəxs polis tərəfindən saxlanılıb. Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB