Türkiyədə 3 polis terror nəticəsində yaralandı

Türkiyədə 3 polis terror nəticəsində yaralandı

Türkiyənin Diyarbəkir bölgəsinin mərkəz Yenişehir mahalında polis qüvvələrinin terror təşkilatı - PKK mənsublarına qarşı təşkil etdiyi hücumda 3 polis məmuru yaralanıb. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə zamanı terrorçular tərəfindən silahlardan və əl bombalarından istifadə olunub.

Hücum zamanı yaralanan 3 polis məmuru şəhərdəki xəstəxanalarda müalicə altına alınıb. Qarşıdurma zamanı bir terrorist yaralı ələ keçirilib.

Qaçan terrorçuların tutulması üçün bölgədə başladılan əməliyyat davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə