1 nəfər dənizdə batdı

Bakıda daha bir nəfər dənizdə batıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hadisə avqustun 1-də Səbail rayonundakı Şıx çimərliyində qeydə alınıb. Bakı şəhər sakini Turman Məmmədov dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə