6 kiloqram narkotik vasitə aşkar olunub

6 kiloqram narkotik vasitə aşkar olunub

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Tərtər sakini tutulub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər rayon sakini Sərxan Əliyev 6 kiloqram 120 qram marixuananı rayon ərazisində satarkən tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə