Polisə yalan məlumat verdi

İyulun 26-da saat 01 radələrində Sabunçu rayonunun Bilgəh qəsəbəsindən qəsəbə sakini Emin İmranova məxsus "Mercedes" markalı avtomobil qaçırılması barədə məlumat daxili olub. SİA-nın Daxili işlər Nazirliyinin bununla bağlı rəsmi məlumatına istinadən verdiyi xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin 14-cü PB əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı maraqlı məqamlar ortaya çıxıb. Beləki, E.İmranovun iyulun 26-da qəsəbə ərazisində idarə etdiyi avtomobillə yol-nəqliyyat hadisəsi törətməsi və avtomobili hadisə yerində qoyub hadisə yerini tərk etməsi, həmçinin polisə yalan məlumat verməsi müəyyən edilib.

Avtomobil cərimə meydançasına yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə