Hakkaridə şəhidlərin sayı 8-ə çatdı SON XƏBƏR

Hakkaridə şəhidlərin sayı 8-ə çatdı SON XƏBƏR

Türkiyənin Hakkari vilayətində PKK terrorçuları ilə olan silahlı qarşıdurmada daha 3 əsgərin şəhid olduğu açıqlanıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyə Silahlı Qüvvələri Baş qərargahından verilən açıqlamada şəhidlərin sayının 8-ə çatdığı bildirilir. Məlumata görə, qarşıdurma nəticəsində 19 əsgər, ümumilikdə 25 nəfər yaralanıb. Onların xəstəxanada müalicə aldığı deyilir.

Bölgədə terrorçulara qarşı əməliyyat davam etdirilir. Məlumata görə, aparılan əməliyyat zamanı 35 terrorçu öldürülüb, 8 seperatçı terror qrupu zərərsizləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə