Beyləqanda yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti xəbər verir ki, Beyləqan rayonunda vətəndaşa məxsus QAZ markalı yük avtomobilinin kabina hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB