Türkiyənin Hakkari və Siirt vilayətlərində PKK terror təşkilatı üzvlərinin hücumu nəticəsində 5 nəfər həlak olub, 12 nəfər yaralanıb. SİA-nın Türkiyənin "Anadolu" agentliyinə istinadən məlumatına görə, Hakkari vilayətində PKK terrorçuları polis məntəqəsinə partlayıcı yüklü avtomobillə hücum ediblər. Nəticədə iki polis həyatını itirib, 11 nəfər yaralanıb. Yaralananlardan biri mülki vətəndaşdır.
Sirt vilayətində hərbçilərə məxsus avtomobilin keçdiyi vaxt PKK terrorçularının yola döşədikləri partlayıcı qurğu işə salınıb. Baş verən partlayış nəticəsində üç hərbçi həlak olub, bir əsgər yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB