Göyşayda piyadanı avtomobil vurdu vəziyyəti ağırdır

Göyşayda piyadanı avtomobil vurdu vəziyyəti ağırdır

Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib. Hadisə bu gün 14:30 radələrində Göyçay şəhərinin Mehdi Hüseynzadə küçəsində qeydə alınıb.

Rayonun Mallı-Şıxlı kənd sakini Elsəvər Xəlilov "VAZ 2109" markalı minik avtomobili ilə yolu keçən piyada, Ərəbşahverdi kənd sakini 1993-cü il təvəllüdlü Sənan Xanəhməd oğlu Ağarəhimovu vurub.

Ağır bədən xəsarətləri alan Sənan Ağarəhimov təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Koma vəziyyətində olan Sənan Ağarəhimovun səhəti daha da ağırlaşıb. Hadisəni törədən taksi sürücüsü Elsəvər Xəlilov saxlanılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə