Şirvan şəhərində partlayış baş verib HADİSƏ

Bununla əlaqədar Şirvana tibbi briqadalar göndərilib
Şirvan şəhərində partlayış baş verib HADİSƏ

Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (MSN) iyulun 26-da Şirvan şəhərindəki "Araz" zavodunda baş vermiş partlayışla əlaqədar məlumat yayıb. Nazirliyin saytı xəbər verir ki, məlumatda MSN-in Şirvan "Araz" zavodunda hadisənin saat 15:35 radələrində baş verdiyi bildirilib. Qeyd olunub ki, baş vermiş hadisə ilə bağlı Müdafiə Sənayesi Nazirliyi tərəfindən rəsmi məlumat veriləcək.

Nazirlik hadisə ilə bağlı məlumat yayarkən MSN-in mətbuat xidməti ilə əlaqə saxlanılmasını xahiş edir.

Hazırda partlayışın baş verdiyi ərazidə araşdırma aparılır.

Şirvanda baş vermiş hadisə ilə əlaqədar yerli tibb müəssisələri səfərbər olunub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SIA-ya verilən məlumata görə, əlavə olaraq hadisə yerinə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti tərəfindən 5 həkim briqadası göndərilib.

Hadisə nəticəsində zərərçəkənlərə yerində zəruri tibbi yardım göstərilir. Partlayış zamanı xəsarət almış 6 nəfər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətləri ağır qiymətləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə