"2005-ci ildən əvvəlki illərlə müqayisədə yol nəqliyyat hadisələrinin sayı 33,1 faiz bu hadisələrdə ölənlərin 31,3 faiz, yaralananların sayı 32, 6 faiz artıb". SIA-nın xəbərinə görə, bunu Gəncə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının regional bölməsinin baş həkimi Sevinc Hüseynova bildirib. Onun sözlərinə görə, statistik rəqəmlər respublikamızda təcili yardım sahəsində yeni strukturun yaranmasına zəmin yaratdı: "Vaxtında və keyfiyyətli ilkin tibbi yardım göstərilməsi, xəstəxanalara çatdırılması mühümdür".
Sevinc Hüseynova deyir ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım əhalinin sağlamlığının qorunmasında böyük rol oynayır: "Qəflətli xəstəliklər, travmalar, bədbəxt hadisələr zamanı, sürətlə inkişaf edən potoloji proseslər, ağır xəstəliklər orqanizmin həyatı vacib orqan və sistemlərində ağır pozulmalara gətirib çıxarır və həyat üçün çox böyük təhlükə yaradır. Bu baxımdan yol nəqliyyat hadisəlıəri xüsusi yer tutur. Belə ki, hər il avtomobil yollarında baç verən yol nəqliyyat hadisələri zamanı yüzlərlə insan həlak olur və ya ömürlük şikəst qalır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB