3 otaqlı evdə yanğın

Masallı rayonunda yanğın hadisəsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə rayonun Banbaşı kəndində baş verib.

Kənddə vətəndaşa məxsus ümumi sahəsi 132 kv.m olan ikimərtəbəli 3 otaqlı evin 2-ci mərtəbəsində mətbəxin döşəməsi, tavanı 16 kv.m və dəhlizin tavanı 25 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğında mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə