Kafedə yanğın

Ağcabədidə yanğın hadisəsi qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Ağcabədi şəhərində vətəndaşa məxsus ümumi sahəsi 66 kv.m olan birmərtəbəli 2 otaqlı kafedə baş verib. Nəticədə kafenin 1 otağın yanar konstruksiyaları 24 kv.m sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə