İyulun 19-da axşam saatlarında paytaxtın Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Heydər Əliyev prospektində "Shacman" yük avtomobili 184 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna çırpılıb. Nəticədə avtobusdakı sərnişinlərdən bir neçəsi yüngül xəsarət alıb. Dərhal 3 saylı şəhər kliniki xəstəxanasına aparılan yaralılar ilkin tibbi yardımdan sonra evə buraxılıblar.
Qəzanın baş vermə səbəbləri araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB