Sərxoş vətəndaş intihara cəhd etdi...

Sərxoş vətəndaş intihara cəhd etdi...

Bakıda daha bir intihara cəhdin qarşısı alınıb. Fövqəladə Hallar Nazirliyinin saytı belə bir xəbər yayıb ki, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfərin sərxoş vəziyyətdə beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək niyyətini nümayiş etdirməsi barədə məlumat daxil olub. Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə