Samsunda (Türkiyə) 37 yaşlı Umut Şimşək qız dostu ilə restoranda yemək yeyərkən qətlə yetirilib. Türkiyə mediası məlumat verir ki, hadisə Canik mahalı Karşıyaka məhəlləsindəki bir restoranda baş verib.
Onlar yemək yeyən zaman restorana iki nəfər daxil olub. Bu zaman onlardan biri Umut Şimşəyə atəş açıb və hadisə yerini tərk edib. Hadisə yerinə təcili tibbi yardım çağırılıb və Şimşək xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Şimşəyin cənazəsi yarılma üçün Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Məlumata görə, qatil 6 dəfə atəş açaraq U.Şimşəyi qətlə yetirib. Cinayətin törədildiyi an təhlükəsizlik kamerasına düşüb.
Kameranın görüntüləri əsasında araşdırmaya başlayan hüquq-mühafizə orqanları nəticə əldə ediblər. Artıq hadisəni törədənin şəxsiyyəti müəyyənləşib. Onun 17 yaşlı A.S.A. olduğunu dəqiqləşib. Hazırda polis şübhəlinin tutulması istiqamətində genişmiqyaslı axtarışlara başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB