2 nəfəri "tok"vurdu

Azərbaycanda iki nəfəri elektrik cərəyanı vuraraq öldürüb. SİA-nın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, iyulun 11-də Laçın rayon sakini Fərid Əsədovu Ağcabədi rayonu ərazisində elektrik cərəyanı vurub. F.Əsədov İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və orada ölüb.

Digər hadisə isə Ağdaş rayonunda baş verib. Rayon sakini Cavanşir Mirzəyevi təmir işləri apararkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktlarla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə