Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadənverdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşlara məxsus "KAMAZ" markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verməsi barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq qəza nəticəsində deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1980-cı il təvəllüdlü Mehdiyev Telman Vaqif oğlunun cəsədini və həmin avtomobildə olan 1 nəfər sərnişini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 03:07-də başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB