Liftdə qalan 4 nəfər xilas edildi

Liftdə qalan 4 nəfər xilas edildi

Bakının Nərimanov rayonunda 4 nəfərin liftdə köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların çıxmasına şərait yaradıb.

Əməliyyat saat 03:12-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə