Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidməti dənizdə batmaq təhlükəsi ilə üzləşən 4 nəfəri xilas edib. SİA-nın qurumun rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Xəzər rayonunda 4 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər. Əməliyyat saat 13:32-də başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB