Gecə saatlarında paytaxtda partlayış səsi eşidilib. Bakının Xocasən qəsəbəsində yerləşən "Lider Cola" şirkətinə məxsus istehsal fabrikində partlayış baş verib.
İçkilərə vurulan karbon qazının toplandığı çənin partlaması nəticəsində şirkətin istehsal binasına, eləcə də yaxınlıqdakı evlərə ziyan dəyib. İlkin məlumatlara görə, 3 ev zədələnib. Partlayış gücü yüksək olduğu üçün, hadisə yerindən 400 metr aralıda yerləşən yaşayış sahəsinin daş hasarı uçulub.
Bədbəxt hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilib.
Faktla əlaqədar araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB