Tovuzlu gənc su anbarında boğulub SƏS TV

Tovuzlu gənc su anbarında boğulub SƏS TV

Tovuzda 22 yaşlı gənc suda boğulub. Hadisə Tovuz çay su anbarında qeydə alınıb. Tovuz rayon Dönük Qırıqlı kənd sakini 22 yaşlı Yaşar Hümmətov dostları ilə çimməyə gedib. Yaşar onlarla zarafatlaşıb suya baş vurub. Qəfildən onun batdığını görən dostlar gənci xilas edə bilməyiblər. Yaşar Hümbətovun cəsədi Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə