Beyləqanda ağır yol qəzası

Beyləqan rayonu, Dünyamalılar kəndində vətəndaşa məxsus "MERCEDES" markalı minik avtomobili yol kənarından keçən qaz borusuna çırpılaraq yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb. Ərazidəki ağaclar yanğından mühafizə olunub. Yanğın saat 00:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə