İplə idman etdi, boğulub öldü

İplə idman etdi, boğulub öldü

Paytaxtda daha bir xoşagəlməz hadisə baş verib. SİA Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iplə idman edən şəxs ehtiyatsızlıqdan boğulub. Sabunçu qəsəbəsində yaşayan Sabir Abbasov evində iplə idman edərkən ehtiyatsızlıqdan boğularaq ölüb. Hadisə ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə