Kürdə 1 nəfər batıb

Kür çayında 1 nəfər batıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadəın verdiyi xəbərə görə, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Neftçala rayonu, Kür Qarabuçaq kəndi ərazisindən keçən Kür çayında 1 nəfərin batması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.

Əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə