Saatlıda qonşu qonşunu yabaladı

Saatlıda qonşu qonşunu yabaladı

Dünən axşam saatlarında Saatlı rayonunun Qaranuru kəndində yabalanma hadisəsi baş verib. Belə ki, 31 yaşlı yerli sakin Azər Sahib oğlu Abbasov baş verən münaqişə zamanı qonşuları tərəfindən yaba ilə vurulub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Azər Abbasov "təcili yardım" maşını ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada tibbi yardım göstərildikdən sonra o, Cərrahiyyə şöbəsinə yerləşdirilib. Faktla bağlı Saatlı rayon Polis şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə